07:30
17 Avqust 2020

Dubay aeroportunda itlər koronaviruslu xəstələri müəyyən edəcək

Dubay hava limanında koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün xüsusi təlim keçmiş itlərin istifadəsinə başlanılıb.

APA xəbər verir ki, bu barədə “Travel and Leisure” nəşri yazıb.

Bildirilir ki, itlər insanlarla kontaktda olmayacaq. Bu cür heyvanlar tərəfindən koronaviruslu xəstələrin müəyyən edilməsi dəqiqliyi 92%-ə bərabərdir.

Dubay hava limanı koronavirus infeksiyasının bu yolla müəyyən edilməsinə başlanıldığı ilk aeroportdur.

Qeyd edək ki, Dubay iyuldan etibarən turistlər üçün açıqdır.

Dİgər xəbərlər