Samuxda AĞIR QƏZA: polis zabiti və bir xanım öldü - FOTO - YENİLƏNİB
16 avqust 2020 11:37 (UTC +04:00)

Samuxda AĞIR QƏZA: polis zabiti və bir xanım öldü - FOTO - YENİLƏNİB

Samuxda yol qəzasında ölən şəxslərin adları məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə Behbudov Allahverdinin idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Çağırqanov Elnurun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini Gəncə Şəhər ASAN xidmətin əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.

 

10:27

 

Samuxda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş  verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, “Mercedes” minik avtomobili ilə kombayn maşını toqquşub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

# 133819
avatar

Oxşar yazılar