Azərbaycanda daha bir ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO
16 avqust 2020 00:30 (UTC +04:00)

Azərbaycanda daha bir ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Sənaye Məhəlləsinin qarşısından keçən yolda qeydə alınıb. 

1963-cü il təvəllüdlü Mirqədir Ağayevin idarə etdiyi 44-CB-885 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobillə 1970-ci il təvəllüdlü Elçin Mənsimova məxsus 44-BF-827 dövlət nömrə nişanlı eynimarkalı yük maşınını yedəyə alaraq əsas yola daxil olub. Bu zaman əsas yolla hərəkətdə olan Orxan Şakir oğlu Ağaverdiyevin idarə etdiyi 52-BC-967 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil iki "KamAZ" arasındakı qoşquya çırpılıb. Nəticədə 2 sərnişin - Müşviq Etibar oğlu Tağılı və Məzahir Vəfadar oğlu Hüseynov hadisə yerində vəfat edib.

"VAZ 21011" markalı avtomobilin sürücüsü və sərnişin Qismət Mahir oğlu Mustafayev yaralanıb. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyəti daha ağırdır. Vəfat edənlər isə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 6709
avatar

Oxşar yazılar