İctimai iaşə obyektlərində tətbiq olunacaq QADAĞALAR
15 avqust 2020 10:18 (UTC +04:00)

İctimai iaşə obyektlərində tətbiq olunacaq QADAĞALAR

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət zamanı qadağalar açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildrilib ki, ictimai iaşə obyektlərində xidmət  qəlyan avadanlıqlarından istifadəyə icazə verilmir.

Bundan əlavə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət zamanı hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağa icazə verilmir.

# 2296
avatar

Oxşar yazılar