Rayonda karantini pozanlar cərimələndi
14 avqust 2020 17:26 (UTC +04:00)

Rayonda karantini pozanlar cərimələndi

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şabran rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçiriblər.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən karantin rejiminə əməl olunması məqsədi qapalı məkanlarda və iaşə obyektlərində həyata keçirən reydlər nəticəsində sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Reydlər zamanı rayon ərazisində qaydaları pozan bir ticarət mərkəzinin və bir iaşə obyektinin sahibi olmaqla ümumilikdə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə ediliblər.

# 2149
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar