İsrail səfirindən diqqət çəkən mesaj: "Azərbaycan nümunə olub..."
14 avqust 2020 14:41 (UTC +04:00)

İsrail səfirindən diqqət çəkən mesaj: "Azərbaycan nümunə olub..."

“Azərbaycan-İsrail münasibətləri digər müsəlman ölkələrinə nümunədir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfir Corc Dik "Twitter"də bildirib.

“İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında normallaşma gələcək sülh, firavanlıq və ümidə yönəlmiş tarixi bir addımdır. Təxminən 30 ildir ki, Azərbaycan digər müsəlman ölkələrinə İsraillə tərəfdaşlıq və dostluq münasibətlərinin nə verə biləcəyini göstərən nümunə olub”, - deyə səfir qeyd edib.

# 2962
avatar

Oxşar yazılar