1001
09:52
13 Avqust 2020

Kənddə karantin rejimini pozan kafe aşkarlandı

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Şəfəq kəndi ərazisində gizli fəaliyyət göstərən kafe aşkarlayıblar.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az -a verilən məlumata görə, obyekt sahibi və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Dİgər xəbərlər