Bakıda zəncirvarı qəza oldu - VİDEO
12 avqust 2020 19:01 (UTC +04:00)

Bakıda zəncirvarı qəza oldu - VİDEO

Bakıda zəncirvarı yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. “Renault” markalı, 99 SF 946 dövlət nömrə nişanlı avtomobil  “Mercedes” markalı, 99 EO 557 dövlət nömrə nişanlı maşına çırpılıb. Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib.

Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan "Renault" markalı avtomobil hadisə yerindən qaçıb.

Xəsarət alan yoxdur.

# 2758
avatar

Oxşar yazılar