Yasamalda niyə su yoxdur? – Bütün günü su versək... - RƏSMİ CAVAB
12 avqust 2020 17:36 (UTC +04:00)

Yasamalda niyə su yoxdur? – Bütün günü su versək... - RƏSMİ CAVAB

“Bir gündən bir, axşam saat 23:30-dan gecə saat 01.30-dək su kəsilir. Bu saatlarda nə baş verir görəsən? Niyə bu saatı seçiblər? Millət çimməsin deyə? Axşamlar qabyuyan, paltaryuyan qoyuruq işləsin. Su kəsildiyinə görə, o da işləmir”. 

Bunu Yasamal rayon sakini Mehrəli Babaşlı deyir. Şikayətçinin sözlərinə görə, suların eyni vaxtda kəsilməsi burada yaşayan sakinləri lap təngə gətirib.

Sözügedən şikayətlə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, Lent.az-a  bildirib ki, su ilə bağlı yaranan problem aradan qaldırılacaq:

“Bu gün Bakının bir çox rayonlarında havaların isti keçməsi və suya olan tələbatın artması ilə bağlı anbar ehtiyyatlarımızı maksimum səviyyədə qorumaq üçün gecə saatlarında, təxminən saat 23:00-dan sübhə qədər suyun verilməsini dayandırırıq. Bu razılaşdırılmış qərar və təsdiq olunmuş qrafikdir. Amma bütün gün su gəlir. Bu da əhalinin su ehtiyyatını görmələri üçün yaradılmış şəraitdir. Biz bütün günü su versək, ehtiyyatımız qalmaz. Buna görə də suyu, sadəcə gecələr dayandırırıq. Yoxsa, məcbur qalıb gündüzlər suyu dayandırmalı olarıq”.  

 

 

# 4354
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar