Sabah bu rayonlarda yağış, dolu gözlənilir - PROQNOZ
12 avqust 2020 13:32 (UTC +04:00)

Sabah bu rayonlarda yağış, dolu gözlənilir - PROQNOZ

Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  29-33,  Bakıda  gecə 21-23, gündüz  30-32 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək,  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz  15-20 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəldikdə,  Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

# 4417
avatar

Aygün İbrahimli

Oxşar yazılar