Ayaqlarda şişkinlik nədən yaranır?
10 avqust 2020 19:57 (UTC +04:00)

Ayaqlarda şişkinlik nədən yaranır?

Ayaqlarda şişkinlik yaranması çoxlarımızın rast gəldiyi haldır. Ələlxüsus yay aylarında şişkinliklər daha çox nəzərə çarpır. Bu problem nədən yaranır? Ayaqlarda olan şişkinliklərin əsas səbəbləri hansılardır?

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, invaizv kardioloq Yasmin Rüstəmova müxtəlif yaşlı insanlarda ayaqların ödem səbəblərinin müxtəlif olduğunu bildirib.Onun sözlərinə görə, ən çox yayılmış səbəb - venoz çatışmazlıqdır. Qan venalarla ürəyə axır, insan ayaq üstə dayananda isə qan gərək yuxarı axsın. Bu, pompa prinsipi ilə işləyir və əzələlərin yığılması hesabına baş verir. Bu prinsip işləmədikdə isə qan venalarda qalır və onun maye hissəsi (plazma) hüceyrəarası sahəyə çıxmağa çalışır və ödem yaradır. Belə ödemlər axşama yaxın əmələ gəlir və insan üfüqi vəziyyət aldıqdan sonra, səhərə keçib gedir.

Həkim qeyd edib ki, venoz çatışmazlığın əsas əlaməti - bir ayağın şişməsidir.

Ayaqkarda şişkinliyin növbəti səbəbi isə ürək çatışmazlığıdır. Ürəyin qanı qova bilməməsi və qanın geriyə axması səbəbindən baş verir. Ayaqlara çatan qan orada ödem şəklində qalır. Bu hal daha çox, yaşlı insanlar üçün xarakterikdir və bu halda artıq iki ayaq şişir.

Topuqlarda yaranan şişmələrə gəlincə, kardioloqa görə, bu, müxtəlif dərman preparatları, xüsusilə də hipertenziyaya qarşı preparatların qəbuluna olan reaksiyadır.

Y. Rüstəmovanın sözlərinə görə, ödemlə şişməni səhv salmaq olmaz. Əgər yumşaq toxumaya basan zaman dəlik qalırsa, bu, ödemdir. Qalan bütün hallarda bu, şişmədir və ürəklə heç bir əlaqəsi yoxdur: “Necə olursa olsun, nəticəni düzəltmək üçün səbəbi bilmək lazımdır”.

 

# 20578
avatar

Oxşar yazılar