Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər  - VİDEO
10 avqust 2020 17:05 (UTC +04:00)

Azərbaycan və Türkiyə qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

# 2374
avatar

Oxşar yazılar