Lerikə dincəlməyə gedənlər cərimələndilər
10 avqust 2020 16:12 (UTC +04:00)

Lerikə dincəlməyə gedənlər cərimələndilər

Karantin günlərində müvafiq icazə olmadan qeyri-qanuni yollarla sərtləşdirilmiş karantin rejiminin olduğu digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gələn şəxslərlə bağlı tədbirlər davam etdirilir. 

Lerik rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn ümumilikdə 7 istirahət mərkəzində 24 şəxs müəyyən edilərək barələrində tədbirlər görülüb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad, Masallı və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

# 2173
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar