Zaur Elgizi verilişinə çağırıb "danladı"
10 avqust 2020 13:14 (UTC +04:00)

Zaur Elgizi verilişinə çağırıb "danladı"

Aparıcı Elgiz Əkbər ilk dəfə "Xəzər" telekanalında "5/5" proqramında qonaq olub.

Lent.az xəbər verir ki, aparıcı Zaur Kamal həmkarının ünvanına "Efirdə çox şən və səmimidir. Həyatda isə qaraqabağ biridir" sözlərini deyib.

Elgiz isə ona "Qaraqabağ insanları sevmirəm. Elə adamlardan insana mənfi aura gəlir. Məni hər zaman narahat edir ki, niyə biz qaş-qabaqlı olmağa üstünlük veririk? Deyəcəklər, ağır oğlandır. İnsan hər zaman gülməlidir, hamıya müsbət enerji bəxş etməlidir" deyə, cavab verib.

Zaur daha sonra E.Əkbərin çox danışmasını irad tutub. Aparıcı isə ona "Çağırmısan bura danışaq da" sözlərini söyləyib.(axşam.az)

# 8578
avatar

Oxşar yazılar