İmtahanlarla bağlı məlumatlar müəllimlərin səhifələrinə göndərilir
10 avqust 2020 12:11 (UTC +04:00)

İmtahanlarla bağlı məlumatlar müəllimlərin səhifələrinə göndərilir

Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 14-17-də keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

 

 

 

 

# 1468
avatar

Aygün İbrahimli

Oxşar yazılar