Ötən ay ilan sancanların sayı AÇIQLANDI
10 avqust 2020 11:34 (UTC +04:00)

Ötən ay ilan sancanların sayı AÇIQLANDI

İyul ayında ilan sancmalarından Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib ki, onlardan 4-ü azyaşlı olub.

Bu barədə Lent.az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

O bildirib ki, ümumillikdə aprel ayından indiyə kimi ilan sancması ilə bağlı müraciətlərin sayı 52 olub: “Müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb. Havalar hələ ki isti keçir. Ona görə də insanlar ehtiyatlı olmalıdırlar”.

A.Maqsudov ilan sancmalarına qarşı yetərli zərdab ehtiyatının olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, ilan sancmaları ilə bağlı müraciətlər daha çox Hacıqabul, Şirvan, Bərdə, Yevlax, Qəbələ, Tovuz, Şəmkir, Daşkəsən rayonlarından olub.  

 

 

# 1642
avatar

Aygün İbrahimli

Oxşar yazılar