Türkiyədə son sutkada koronavirusdan 15 nəfər öldü
09 avqust 2020 22:00 (UTC +04:00)

Türkiyədə son sutkada koronavirusdan 15 nəfər öldü

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 61 446 şübhəli koronavirus testindən keçib, onlardan 1182-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 596 nəfər olub, 1103    xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 240 804 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5844 nəfər ölüb.

 

# 1921
avatar

Oxşar yazılar