2794
19:49
08 Avqust 2020

Motosiklet maşına çırpıldı: yaralanan var

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.