Cəlilabaddakı meşə yanğını söndürüldü - YENİLƏNİB
06 avqust 2020 19:53 (UTC +04:00)

Cəlilabaddakı meşə yanğını söndürüldü - YENİLƏNİB

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 16 ha sahədə kol-kos və ağaclıq yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub, yanğın söndürülüb.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

***

16:51

Cəlilabadda baş verən meşə yanğını məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 16:18

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

# 2116
avatar

Oxşar yazılar