Sumqayıtda yanan maşın partladı - FOTO
06 avqust 2020 08:00 (UTC +04:00)

Sumqayıtda yanan maşın partladı - FOTO

Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Nəriman Nərimanov küçəsində yanğın qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakinlərindən birinə məxsus olan “Lada Priora” markalı avtomobil qəfildən alışıb və nəqliyyat vasitəsində partlayış baş verib. 

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb. Avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

 

# 4138
avatar

Oxşar yazılar