Azərbaycanda Böyük Vətən müharibəsinin sonuncu iştirakçısı vəfat etdi
05 avqust 2020 20:21 (UTC +04:00)

Azərbaycanda Böyük Vətən müharibəsinin sonuncu iştirakçısı vəfat etdi

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib.

Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad  kəndində anadan olub. 

O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib. 

# 5827
avatar

Oxşar yazılar