İranda daha 185 nəfər koronavirusdan öldü
05 avqust 2020 14:57 (UTC +04:00)

İranda daha 185 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 185 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 17 802 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 697 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 317 483 nəfərə çatıb.

# 1435
avatar

Oxşar yazılar