Bu televiziyanın yayımı 3 saat dayandırılacaq - QƏRAR
04 avqust 2020 18:05 (UTC +04:00)

Bu televiziyanın yayımı 3 saat dayandırılacaq - QƏRAR

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan Lent.az-a verilən məlumata görə, iclasda iyulun 20 – 31-də ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

İyulun 23-də “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində avqustun 10-da proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

# 6226
avatar

Aygün İbrahimli

Oxşar yazılar