İspaniya çempionatı bu tarixdə başlayacaq
04 avqust 2020 17:52 (UTC +04:00)

İspaniya çempionatı bu tarixdə başlayacaq

İspaniya La Liqasında yeni mövsümün vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümü sentyabrın 12-də start götürəcək.

Bu, öncədən planlaşdırılan tarixdən təxminən bir ay gecdir. Öncədən yarışın avqustun 8-də başlaması nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası buna mane olub.

La Liqada yeni mövsüm 2021-ci il mayın 23-də başa çatacaq.

# 3505
avatar

Oxşar yazılar