"190 manat yenidən verilməlidir" - Əli Məsimli
04 avqust 2020 16:42 (UTC +04:00)

"190 manat yenidən verilməlidir" - Əli Məsimli

“190 manatı kartından çəkməyən insanların kartının bloklanması məsələsinə yenidən baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, aprel ayında verilən 190 manat mayda da verilib: “Yenidən qapanmaya gedilib. Buna görə də insanlara 190 manat ödəniş yenidən verilməlidir. Operativ Qərargah bu məsələyə konkret münasibət bildirməyib. Burda düşünməli bir şey yoxdur. Qapanmalara gedilibsə, ödəniş verilməlidir”.

# 13918
avatar

Oxşar yazılar