Koronavirusdan sağalmış vətəndaşlara ÇAĞIRIŞ
03 avqust 2020 18:16 (UTC +04:00)

Koronavirusdan sağalmış vətəndaşlara ÇAĞIRIŞ

“Koronavirusdan sağalmış hər bir vətəndaşımız Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etsə, çox yaxşı olar”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, sağalanların və könüllü donor olmaq istəyənlərin müəyyənləşdirilməsi çox yaxşı olardı: “Xəstələrin sağalmasında bu plazmalara çox ehtiyac olur”.

# 3535
avatar

Oxşar yazılar