İtaliya klubuna yeni baş məşqçi təyin olundu
03 avqust 2020 13:42 (UTC +04:00)

İtaliya klubuna yeni baş məşqçi təyin olundu

İtaliyanın “Kalyari” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu A seriyası təmsilçisi rəsmən açıqlayıb.

Eusebio Di Françesko “qırmızı-göylər”in yeni baş məşqçisi olub. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 

Sonuncu komandası “Sampdoriya” olan Di Françesko 2019-cu ilin oktyabrından işsiz idi. Yeni postunda Valter Zenqanı əvəzləyən mütəxəssisin vergilər çıxıldıqdan sonra ildə 1,8 milyon avro qazanacağı iddia edilir.

Qeyd edək ki, “Kalyari” 2019/20 mövsümündə A seriyasında 13-cü olub.

# 2875
avatar

Oxşar yazılar