Poçtdan pul oğurlayan saxlanıldı
03 avqust 2020 11:35 (UTC +04:00)

Poçtdan pul oğurlayan saxlanıldı

Xızıda poçtdan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq orada olan seyfdən 1063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.

P.Ağazadənin ətrafında aparılan tədbirlərə onun digər cinayət əməlinin üstü də açılıb. Həmin şəxsin cari ilin iyul ayının 17-də Gizəzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.

Faktlarla bağlı Xızı rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

# 1684
avatar

Oxşar yazılar