13:20
31 İyul 2020

FİDE reytinqində şahmatçılarımız irəlilədi


FİDE şahmatçıların avqust reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən hesabat dövründə heç bir görüş keçirilmədiyindən siyahıda cüzi dəyişikliklər baş verib.

Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. “Top-100”də 5 kişi qrossmeysterimiz qərarlaşıb.

Teymur Rəcəbov 2765 xalla 9-cu, Şəhriyar Məmmədyarov 2764 xalla 11-ci, Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü pillədə qalıb. 2 addım geriləyən Rauf Məmmədov 2654 xalla 91-ci pillədə qərarlaşıb.

Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 29-cu pillədə qalıb. Hərəyə bir addım irəliləyən Gülnar Məmmədova (2382) 75-cı, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəlib.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.

Dİgər xəbərlər