2035
01:13
31 İyul 2020

Azərbaycanda FACİƏ: kişi yük maşınının altında qaldı

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

“ZİL” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən ehtiyatsızlıqdan yol kənarında duran 1965-ci il təvəllüdlü Rüstəmov Ələddin Ağarəşid oğlunu vuraraq onun üstündən keçib.

55 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.