16:34
30 İyul 2020

Azərbaycanda ər-arvad maşında yandılar

Göygöldə avtomobil yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb.

Avtomobilin sürücüsü, 42 yaşlı Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 36 yaşlı Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.

Onların ər-arvad olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər