Saçlar niyə yağlanır və nə vaxt yuyulmalıdır?
15 avqust 2020 19:01 (UTC +04:00)

Saçlar niyə yağlanır və nə vaxt yuyulmalıdır?

Bir çox insan saçlarında yağlı görünüş yarandığı üçün onu hər gün yuyur. Təmizlik baxımından bu yaxşı olsa da, saçların hər gün yuyulması onlara zərər verə bilər. 

Lent.az saçların hansı sıxlıqla yuyulmalı olduğunu və yağlanma səbəblərini təqdim edir:

Əslində saçların yuyulma tezliyi hər fərd üçün eyni deyildir.  Bu sualın cavabı insandan insana dəyişir. Hər kəsin saç tipi, quruluşu fərqlidir. 

Ümumi götürsək yağlı baş dərisinə sahib olan insanların saçlarını hər gün yuması normaldır. Quru baş dərisi olan insanlar həftədə 1, yaxud 2 dəfə, normal saç dərisinə sahib olanlar isə kirləndiyini hiss edəndə onları yumalıdır.  İnsanın saçlarını hansı sıxlıqla yumalı olmağı, onun həyat tərzindən, seçimlərindən və baş dərisinin quruluşundan aslıdır. Qalın, sərt və qıvrım saçlarda sebumun (saçdakı təbii yağ) yayılması daha ləng, düz və yumuşak saçlarda isə daha tez olduğu üçün, ikinci tip saçlar daha tez yuyulmalıdır. 

Quru baş dərisinə sahib olmaq kəpək və saç qırılması risqini artırır. 



İnsanın həyat tərzi də onun saçlarına təsir edir. Daha hərəkətli həyat tərzi keçirən və tez-tez tərləyən insanlar digərlərinə nisbətən saçlarını sıx aralıqlarla yumalıdır.

Saçların tez yağlanmasının bir digər səbəbi isə gündəlik qidalanma ola bilər. Bəzi qidalar saçlarda yağ miqdarını azaldır, bəziləri isə əksinə artırır. Arındırılmış taxıldan hazırlanan yumuşaq çörəklər də saçlarda yağlılığın miqdarını artırır. Bu sıraya şəkəri, hazır yeməkləri və qızartmaları, süd və süd məhsullarını da əlavə edə bilərik. 


Banu

# 9679
avatar

Oxşar yazılar