12:27
30 İyul 2020

Moldova Prezidenti Azərbaycan və Ermənistanın diaspor nümayəndələri ilə görüşdü

Moldova Prezidenti İqor Dodon Moldova Azərbaycanlıları Konqressinin nümayəndəsi Feyruz İsayev və Moldova erməni icmasının nümayəndəsi Qennadi Babayanla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə İ. Dodon “Twitter”də paylaşım edib.

Görüşdə Moldova prezidentinin etnik məsələlər üzrə müşaviri Sergey Mişin və etnik məsələlər Agentliyinin direktoru Yelena Belyakova da iştirak ediblər.

Dİgər xəbərlər