Külli miqdarda siqaret gətirilmək istəyi alınmadı - FOTO
30 iyul 2020 11:34 (UTC +04:00)

Külli miqdarda siqaret gətirilmək istəyi alınmadı - FOTO

10 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 21200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

# 1384
avatar

Mehman Nəbiyev

Oxşar yazılar