Dünyada koronavirusa yoluxanların sayı AÇIQLANDI
30 iyul 2020 10:43 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 17 milyonu keçib.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin hesablamalarında bildirilir.  

Universitetin məlumatında yoluxanların sayının 17 029 206 nəfərə çatdığı açıqlanıb. İndiyədək koronavirusdan 667 011 nəfər vəfat edib, 9 948 163 nəfər sağalıb.


Ən yüksək yoluxma ABŞ-da qeydə alınıb - 4 426 982 nəfər. ABŞ-da infeksiyadan ölənlərin sayı 150 713, sağalanların sayı 1 389 425 nəfərdir.

Yoluxma səviyyəsinə görə ikinci yerdə Braziliya gəlir - 2 552 265 nəfər. Braziliyada COVID-19-dan 90 134 nəfər vəfat edib, 1 922 802 nəfər sağalıb.

Üçüncü yerdə isə 1 581 963 yoluxma sayı ilə Hindistandır. Hindistanda koronavirusa yoluxanlardan 34 955 nəfəri vəfat edib, 1 019 735 nəfər sağalıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1745

Oxşar yazılar