Qonşusunun yaşayış olmayan evində narkotik əkmişdi - FOTO
30 iyul 2020 11:02 (UTC +04:00)

Qonşusunun yaşayış olmayan evində narkotik əkmişdi - FOTO

Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə Goranboy Rayon Polis Şöbəsinə rayon sakini əvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədovun qonşusu C. Əhmədova məxsus, yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu açkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

# 1357
avatar

Mehman Nəbiyev

Oxşar yazılar