Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
29 iyul 2020 20:48 (UTC +04:00)

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

 

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

# 2479
avatar

Oxşar yazılar