1231
02:13
29 İyul 2020

Bakıda gənc başından bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Neftçilər prospekti 145 ünvanında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü İbrahimov Nicat Adil oğlunun bədəninə və başına çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Ad - 00:27
ƏTRAFLI
hunergroup.az
Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.