Gəncədə külək bir sıra fəsadlar törədib - FOTO
29 iyul 2020 00:14 (UTC +04:00)

Gəncədə külək bir sıra fəsadlar törədib - FOTO


Gəncədə yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Cavad Rəfibəyli küçəsində iri gövdəli çinar ağacı evin dam örtüyünün üzərinə aşıb.

Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib, digər küçə və prospektlərdə aşan ağaclar hərəkətə maneə yaradıb. Şəhərin bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Hazırda aidiyyəti qurumlar tərəfindən aşan ağacların ərazidən götürülməsinə başlanılıb. 

Elektrik enerjisinin bərpası istiqamətində iş aparılır.

# 2275
avatar

Oxşar yazılar