1642
15:45
28 İyul 2020

Azərbaycanda Mədəniyyət Evindən 2500 manatlıq oğurluq edildi - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata görə, iyulun 11-də Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb. Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.