1774
17:23
27 İyul 2020

Azərbaycanda meşədə adam bıçaqladılar

İyulun 21-də Astarada 1990–cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Astara rayon Prokurorluğundan Lent.az -a verilən xəbərə görə, dərhal hadisə yerinə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş vermiş mübahisə nəticəsində Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.