1921
18:24
27 İyul 2020

Bakıda sürücünün başına vurub maşını aldılar

Bakıda sürücüyə qarşı quldurluq edilib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 22-də gecə saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində 3 qəsəbə sakini H.Məmmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər. Sonradan sürücünü bıçaqla hədələyərək baş nahiyəsinə xəsarət yetirib avtomobildən düşürərək həmin nəqliyyat vasitəsi ilə gediblər. Bu barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev, Bakı şəhər sakini F.Başaəli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib. Polis əməkdaşları tərəfindən avtomobil Masazır qəsəbəsi ərazisindəki dayanacaqdan tapılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.