Azərbaycanda bu il inflyasiya yavaşlayacaq - PROQNOZ
25 iyul 2020 11:44 (UTC +04:00)

Azərbaycanda bu il inflyasiya yavaşlayacaq - PROQNOZ


"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda istehlak qiymətləri indeksinin 2019-cu ilə nisbətən 1,8% artacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2021-ci ildə inflyasiya 3,7%, 2022-ci ildə 2,9%, 2023-cü ildə isə 2,5% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda inflyasiya 2,6%-ə bərabər olub.

# 2998
avatar

Oxşar yazılar