23:10
24 İyul 2020

Qadın sirkə turşusundan zəhərləndi


Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəvai küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Priyeva Rəqsanə Ədalət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. 31 yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər