15:16
24 İyul 2020

Messi Milanda ev aldı

"Barselona"nın kapitanı Lionel Messinin atası Xorxe Messi Milan şəhərində ev alıb.

Apasport.az saytının məlumatına görə, Leonun həm də menecerliyini edən atasının yeni evi Porta Nuova bölgəsində yerləşir.

Bildirilir ki, Messi ailəsi vergi güzəştləri fonunda Milandan daşınmaz əmlak əldə edə bilib. Bənzər hal "Yuventus"un hücumçusu Kriştianu Ronaldoda da baş vermişdi. Daha əvvəl isə "İnter"in titul sponsoru "Pirelli" Messinin "neradzurra"ya transferi üçün ona təklif göndərmişdi.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.

Dİgər xəbərlər