15:06
24 İyul 2020

Şəhid ailəsinin haqqı bərpa olundu: pulu oğurlayıb aradan çıxan...

Azərbaycanda şəhid ailəsinin haqqı 4 ildən sonra bərpa edilib.

Lent.az xəbər verir ki, bu barədə ailənin vəkili Osman Kazımov özünün “Facebook” profilində məlumat paylaşıb. O, etdiyi paylaşımında bildirib ki, məsələ Daxili İşlər nazirinin nəzarəti altında həllini tapıb:

“Dünən daha bir xoşməramlı hadisə baş verdi. Şəhid ailəsinə məxsus 175 ton taxılın dəyərinin bir qrup şəxs tərəfindən ələ keçirilməsinə dair sosial şəbəkədə paylaşım etmişdim. Pulu oğurlayıb aradan çıxan Davud adlı şəxsin şəkilini paylaşıb, daha sonra həmin şəkilləri həm İlham Əliyevə, həm Daxili İşlər naziri Vilayət Eyvazova, həm də Baş Prokuror Kamran Əliyevə göndərmişdim. Artıq 4 ilə yaxın idi ki, bu iş üzrə tədbir görülmürdü. Dünən gözlənilmədən DİN-ə dəvət edildim. Yüksək çinli məmurlarla görüşdüm. Çox mehriban qarşılandım. İş barədə və sosial şəbəkədəki paylaşımlarla baglı fikir mübadiləsi apardıq. Danışıqlardan başa düşdüm ki, problem barədə məlumatları ətraflı öyrəniblər. Məsələnin nazirin nəzarətində olduğu, əməliyyat qrupu yaradıldığı və tezliklə həllini tapacağı bildirildi. DİN-dən çıxıb Abşeron Rayon Polis İdarəsinə getdim. Orada məlum oldu ki, DİN-in bir qrup əməkdaşı artıq orda olublar. Həqiqətən ciddi nəzarət hiss olundu. Zərərçəkmiş şəxs də Füzuli rayonundan dəvət olunaraq ora gəlmişdi. Qısa müddət ərzində şəhid ailəsinə vurulmuş ziyan tam həcmdə ödənildi. Şəhid ailəsinin haqqı bərpa olundu”.

Dİgər xəbərlər