3541
12:11
23 İyul 2020

Azərbaycanda koronavirusa yoluxan daha bir həkim vəfat etdi

Azərbaycanda koronavirusa yoluxan həkim dünyasını dəyişib.

Lent.az -ın məlumatına görə, koronavirusa yoluxan Suraxanı rayonu 23 saylı poliklinikanın sahə həkimi, terapevt Mətanət Atayeva bu gün səhər saatlarında vəfat edib. Həkimlərin səyinə baxmayaraq, xəstəxanada müalicə alan terapevtin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Atayeva ötən ayın sonunda koronavirusa yoluxaraq, Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Onun 3-cü qrup qana ehtiyacı olduğu haqqında həmkarları tərəfindən sosial şəbəkələr vasitəsilə çağrış edilmişdi.