ÜST-dən COVID-19 əleyhinə PEYVƏND AÇIQLAMASI
22 iyul 2020 23:40 (UTC +04:00)

ÜST-dən COVID-19 əleyhinə PEYVƏND AÇIQLAMASI

"Koronavirus əleyhinə peyvəndi insanlar 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə edə biləcək".

APA-nın "RİA Novosti" yə istinadən verdiyi məlumata görə, bunu ÜST-ün təcili yardım proqramının direktoru Maykl Rayan "Twitter" hesabında bildirib.

O qeyd edib ki, pevəndlə bağlı sınaqların keçirilməsində inkişaf meylləri müşahidə edilsə də məhlulun tam ixtira olunma vaxtını dəqiq demək olmur. 

Rayan əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı peyvənd hazır olandan sonra onun bütün insanlara paylanılacağını nəzərdə tutr: "Pandemiya əleyhinə peyvəndlər varlılar, yaxud da kasıblar üçün deyil, bu, hamı üçündür”.

# 3934
avatar

Oxşar yazılar