Azərbaycanda ailənin tək övladı olan tələbə xəstəxanada öldü
22 iyul 2020 17:44 (UTC +04:00)

Azərbaycanda ailənin tək övladı olan tələbə xəstəxanada öldü

Azərbaycanda universitet tələbəsi xəstəlikdən dünyasını dəyişib.

Lent.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci kurs magistr tələbəsi 24 yaşlı Mikayıl Əzizov 19-u axşam radələrində vəfat edib. Bu barədə universitetə məxsus səhifələrdən biri "İnstagram" sosial şəbəkəsində məlumat paylaşıb.

Onun 2014-cü ildə Azərbaycan Texniki Universitetinin Avtomatika ixtisasına ən yüksək balla qəbul olduğu bildirilir. Oranı yüksək ortalama ilə bitirdikdən sonra ADNSU-nun Avtomatika ixtisasına da respublika 1-cisi olaraq qəbul olub. SOCAR-ın ödənişli istehsalat təcrübəsini qazanıb. Eyni zamanda disertasiyasını müdafiə edərək qırmızı diplom alıb. Bundan əlavə, mərhum tələbənin yaxın günlərdə hərbi xidmətə gedəcəyi də məlumatda qeyd olunur.

Ailənin tək övladı olan M.Əzizov iyulun 19-da axşam miningit, pinevmaniya səbəb ilə Semaşko xəstəxanasında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 46027

Oxşar yazılar