10:40
22 İyul 2020

200 qadını amansızca öldürdüyünü etiraf etdi

Rusiyada “qurd adam” ləqəbli Mixail Popkovun bu günə qədər 200 qadın öldürməsi iddiaları ictimaiyyətin hiddətinə səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, M.Popkov məhkəmədə bu günə qədər 83 insan öldürdüyünü etiraf edib. Qan donduran olaylarla bağlı açıqlama verən Rusiya polisi qatilin öldürdüyü qadın sayının 200-ə qədər olacağını iddia edib.

Onun 1992-ci ildən 2010-cu ilədək 81 qadın öldürdüyü məlum olduğu halda, 2019-cu ildə daha 2 qadını öldürdüyü də üzə çıxıb.

“Qurd adam”ın ələ keçirdiyi qadınlara əvvəlcə təcavüz etdiyi, daha sonra balta yaxud beysbol taxtası ilə işgəncə verib öldürdüyü məlum olub. Bu da ictimaiyyət tərəfindən böyük hiddətlə qarşılanıb.

Dİgər xəbərlər